Haqqımızda

Biz Şirkət olaraq 2008-ci ildən rəsmi fəaliyyət göstəririk (topdan və pərakəndə satış) və aşağıda göstərilən sahələrdə zəngin təcrübəmiz vardır. Bir çox xarici şirkətlərin Azərbaycan Respublikasında rəsmi nümayəndisiyik. Alıcılarımızın rahatlığını düşünərək alış prosesini rahatlaşdırmaq məqsədi ilə artıq sayt formasında da fəaliyyət göstəririk. Əsas diqqət hər bir müştərinin fərdi istəyinə ayrılır. Biz əməkdaşlıq üçün əlverişli şərtlər, endirimlər edirik və lazımi məlumatları təqdim etməyə hər zaman hazırıq. Müxtəlif məhsulların mövcudluğunu həmişə saytımızda izləyə bilərsiniz.

Biz həmçinin əlavə texniki şərtlər barədə məlumat verməyə, müxtəlif tikinti və məişət məqsədləri üçün optimal avadanlıq seçməyə və məsləhət verməyə hazırıq.

Əsas prinsipimiz – etibarlıq və hər bir məhsulumuza olan inamdır.

Saytımızda hər növ tikinti avadanlıqları, bağ ləvazimatları, məişət avadanlıqları kimi mallar sifariş edə bilərsiniz. Bunun üçün sadəcə əlaqə formasını doldurmalı və sifarişinizin daha ətraflı dəqiqləşdirilməsi üçün menecerin zəngini gözləməyiniz yetərlidir.

Məhsul çeşidimiz demək olar hər gün genişlənir, müəssisələr və şəxsi ehtiyacları ödəyən bütün lazımi avadanlıqları özündə birləşdirir.

Alışınızı həm köçürmə, həm də nağd şəkildə edə bilərsiniz.

 

1.Müdaxilə qapaqları – alümminium və poladdan (topdan və pərakənd satış)

-        Divar və tavana quraşdırılma

-        Havalandırmada istifadə olunur

-        Elektrik qapaqları və kabellərin gizlədilməsi

-        Sanuzeldə kanalizasiya və su xəttlərinin gizlədilməsi

-        Və s. sahələrdə istifadə olunur.

 

2.Toz halında mineral boyalar (topdan və pərakəndə satış)

-        Döşəmə daşları istehsalında

-        Üzlük daşları istehsalında

-        Mozaika işlərində

-        Kabel və rezin istehsalında

-        Toxuculuqda

-        Sulu boya istehsalında

-        Rəsm şəkilişində

-        Və s. sahələrdə istifadə olunur.

 

3.Ağ sement (topdan və pərakəndə satış)

-        Dekorativ işlərdə

-        Kafel, metlax arası doldurulmasında

-        Bina üzlüklərinin istehsalında

-        Və s. sahələrdə istifadə olunur.

 

4.Bağçılıq alətləri və digər ev əşyaları (topdan və pərakəndə satış)

-        Kürəklər (qazma, kiçik qazma, uclu qazma, qaz təmizlənməsi, ot və peyin qazmaq üçün), bağ arabaları, bağ alətləri, kultivatorlar, şirə presləri, şirəçəkənlər, kök kəsicilər, yem kəsicilər, süzgəclər, çəkic, tikinti qazma, balta, mala və s.


5.Məişət əşyaları

  Əfqaz qazanları


6.Elektrik məhsulları

 

7.Dizayn, dekor əşya və vasitələri